ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Komanda ilə buraya gəldiyim üçün sevincliyəm". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl "CBC Sport"a açıqlamasında deyib.Funksioner Şimali Makedoniya "Şkendiya"ya qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyundan öncə fikirlərini bölüşüb:"Komanda ilə səfərə getməyin üstünlükləri var. Bu vaxt özünüz üçün bir xatirə olur. Texniki heyətlə daha dərin danışmağa fürsət tapırıq. Çünki hər kəs Bakıda çox məşğuldur. Burada bir sıra söhbətlərimiz oldu. Öz aramızda bunları danışdığımız üçün çox razıyam. Komanda yaxşı vəziyyətdədir. Futbol get-gedə çətinləşir. Hətta oyunçu axtarmaqda. Axtarış prosesi qəlizləşib. Hesab edirik ki, birlikdə keçirdiyimiz vaxtlarda gözəl təhlillər edib təşkilatlanmanı düzgün həyata keçirməliyik. Heyəti daha da gücləndirməyə qərar vermişik. Ümidliyəm, səfərə böyük inamla gəlmişik".Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.