İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 520 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun aylarında isə 14 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Banker.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər parklarda fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1 746 ədəd, bu ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd verilib.
Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.