Bakı.Trend:
Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlaxavtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağıryol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.
Bildirilib ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyevtərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlətqeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən –yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü iltəvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlüazyaşlı oğlunu vurub.
Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisəyerində həyatlarını itiriblər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarınıxəbərdar edib:
"Qaydanı pozaraq atılan hər addım – son addımınız ola bilər.Yolun düzgün yerindən keçməmək – görünüşdə sadə bir qərardır. Ammabəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaqqədər ağır nəticə doğurur".