PSJ komandadan ayrılmaq istəyən Lukas Beraldonun dəyərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı müdafiəçi 30 milyon avro tələb edir.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
L. Beraldo ötən ilin yanvarında PSJ-yə transfer olub. Fransa klubu onun üçün "San Paulo"ya 20 milyon avro ödəyib.
21 yaşlı futbolçu burada 62 oyuna çıxıb və 3 qol vurub.