AZ

Rəfail Becanov: “Əli Kərimli Rusiyanın əleyhinə danışmaqla...”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

“Rusiyanı da, Azərbaycana qarşı olan hər kəsi də ölkədəki milli birlik və həmrəylik elə bir nokauta salıb ki, aqressiyalarını gizlədə bilmirlər. Əvvəllər daxildə özlərinə bir istinad nöqtəsi tapıb ölkəni qarışdırmağa imkan axtaranlar bütün variantlardan məhrum olublar. Əlləri daxili rıçaqlarından üzüldüyündən, özləri birbaşa açıq hücuma, təhdidə keçirlər.  Onlar illərlə özləri üçün edə bildikləri hakimiyyət və müxalifət birlikləri qurub, lazım gələndə onları siyasi meydana buraxırdılar”. 

Bunu “Cebheinfo.az”-a siyai ekspert Rəfail Becanov deyib.

O bildirib ki, bu şəxslərin gözlədiklərinin əksi baş verdi:

“Ölkədə başlayan siyasi dilaoq mühiti, yeni siyasi konfiqurasiya onların bütün planlarını pozub. Siyasi mühit onların nə proqnolzaşdırdıqları, nə də istədikləri kimi oldu. Bu gün ölkənin siyasi təşkilatları Azərbaycanın qüdrətli dövlət olması, ərazi bütövlüyünün əbədi təminatı və bütün milli məsələlərdə dövlət mövqeyindən çıxış edir. 

İstər Qərb, istərsə Rusiya özünün yetişdirdiyi, formalaşdırdığı “kolon”u özünə lazım olan zamanda siyasi dövriyyəyə buraxırdı. O “kolon”ların spekti isə rəngərəng olurdu. İndi hər iki tərəf o təsir gücünü itirib. 

İkili oyunlarla, gah Qərbyönümlü siyasətdən, gah liberal dəyərlərdən danışan Rusiyanın “kolon”çuları isə daha mütəşəkkil idi. Onların özünü Qərbyönümlü göstərib “kolon”un əsl hücum briqadası rolunda çıxış edənlərdən tutmuş, hökumətin müxtəlif qollarına yerləşdirilənlərə qədər böyük dairələri vardı. 

Aparılan islahatlar nəticəsində hökumətdəkilər mövqelərini itirdilər, müxalifətin radikal qanadındakılar da güclərini. Bununla da onların dairəsi qapandı. Bu gün həmin o qanadın əsas “torpedosu” olan Əli Kərimli Rusiyanın əleyhinə danışmaqla, özünün yeni imicini formalaşdırmağa çalışır. Amma yaşananlar uzaq tarix deyil. Hər kəs hər şeyi necə var bilir”. 

Ekspertin fikrincə, Rusiya bu gün Azərbaycana, azərbaycanlılara qarşı total hücuma keçib: 

“Bu hücumlar qətllərlə, həbslərlə, xalqı aşağılamaqla, dezinformasiya ilə həyata keçirilir. Əli Kərimli isə çıxıb deyir ki, İlham Əliyevə Rusiyanın Cənubi Qafqazda mövcudluğu lazımdır. Bu qədər yalan, bu qədər AĞ YALAN deməyə üz lazımdır. 

Rusiyanın “5-ci kolonu”nun ən güclü vaxtlarında onların diqtəsini həyata keçirən adam bu gün gör nə deyir! Onun məqsədi Rusiyaya dirənişin qarşısında Azərbaycanda cəmiyyətində təfriqə yaratmaqdır. Amma ölkədəki monolit siyasi birlik, həmrəylik pozulmaz bir mərhələdədir. Ona görə də onun çıxışları özündən başqa bir kimsəni maraqlandırmır”.

 “Cebheinfo.az”

Açar sözlər:

Əli Kərimli Rəfail Becanov Rusiya 5-ci kolon

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr