AZ

Azərbaycanda ən çox istifadə edilən əməliyyat sistemləri məlum olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əməliyyat sistemlərinin iyul ayında Azərbaycan üzrə bazar payı məlum olub.

Banco.az xəbər verir ki, ölkəmizdə ötən ay ən çox istifadə edilən əməliyyat sistemi “Android” olub.

İyulda bu əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 57,92%-ə bərabər olub. İkinci ən çox bazar payı olan əməliyyat sistemi “Windows” (18,33%), üçüncü sırada isə iOS-dur (13,55%). 

Qeyd edək ki, ötən ay “Android” yalnız Azərbaycanda deyil, qlobal miqyasda da ən çox bazar payı olan əməliyyat sistemi olub (42,81%). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
banco.az

1Mənbələr