Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 5 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 286 min 351 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Müraciətlərdən 116 min 126-sı pensiya, 71 min 908-i müavinət, 10 min 997-si Prezident təqaüdü, 55 min 809-u ünvanlı dövlət sosial yardımı, 7 min 267-si fərdi uçot və sosial sığorta, 1 234-ü dövlət icbari şəxsi sığorta və 23 min 10-u isə digər istiqamətlərlə bağlı olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.