ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 avqust, AZƏRTAC
Litvanın “Jalqiris” klubunun azarkeşləri qeyri-adi etiraz aksiyası keçiriblər.
AZƏRTAC Litva mətbuatına istinadən xəbər verir ki, fanatlar ölkə çempionatının oyunu zamanı start fitindən sonra tribunadan meydançaya çemodan atmağa başlayıblar.
Tərəfdarlar bu yolla baş məşqçi Vladimir Çeburinin istefasını tələb ediblər. Əşyalar meydandan çıxarılana qədər oyun dayandırılıb.
Azarkeşlərin narazılığına və məğlubiyyətə baxmayaraq, qazaxıstanlı mütəxəssis Vilnüs təmsilçisinin baş məşqçisi vəzifəsində qalıb.
Qeyd edək ki, “Jalqiris” Vladimir Çeburinin rəhbərliyi altında üç dəfə Litva çempionu olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.