AZ

"Kontakt Home" pulsuz noutbuk paylayır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı yayılan məlumatlar ictimaiyyətin diqqətini çəkib. 

Paylaşımlarda iddia olunur ki, şirkət yüzlərlə HP noutbukunu satışdan çıxarıb. Şirkət onları planlaşdırılmış müddət ərzində satmağa çatdırmayıb və onları yeni və guya daimi müştərilərə hədiyyə olaraq təqdim edir. 

Bildirilir ki, guya anbar sahəsinin boşaldılması və saxlanma xərclərinin yüksək olması səbəbindən bu addım atılıb. Məlumatda qeyd olunur ki, noutbuk əldə etmək istəyənlər xüsusi keçid vasitəsilə açılan "gizli bölmə"də qısa sorğunu doldurmalıdırlar. 

Yayılan bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Məsələ ilə bağlı “Cebheinfo.az” “Kontakt Home”la əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin paylaşımlar tamamilə saxtadır. 

Qeyd olunub ki, bu cür hallarla bağlı “Kontakt Home” rəsmi sosial media hesablarında mütəmadi olaraq xəbərdarlıq xarakterli məlumatlar paylaşır və hər kəsi belə hallara qarşı ayıq olmağa dəvət edirik: 

““Instagram” hesabımızda bu barədə paylaşım etmişik. Bizim məqsədimiz insanları sevindirməkdir. Amma bəzi SAXTA səhifələr və saytlar adımızdan istifadə edərək insanları aldatmağa çalışır. Oxşar adlarla yaradılmış bu səhifələr "Kontakt Home"a məxsus deyil. Məhsullarımız yalnız rəsmi mağazalarımızda və kontakt.az saytında təqdim olunur. 

Bütün müştərilərimizi bu cür hallara qarşı ayıq olmağa çağırırıq. Hər hansı sual yaranarsa, kontakt.az saytı, rəsmi sosial media hesablarımız və ya *6060 çağrı mərkəzi vasitəsilə bizə müraciət edə bilərsiniz", – deyə şirkətdən bildirilib. 

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr