AZ

Malmö Zirə dən transfer etdiyi futbolçu ilə bağlı problemlə üzləşib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsveçin "Malmö" klubu "Zirə"dən transfer etdiyi Salifu Suma ilə bağlı çətinlik yaşayır.

Oxu.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Henrik Rüdström açıqlama verib.

49 yaşlı mütəxəssis gənc futbolçunun hələ də iş icazəsi ala bilmədiyini deyib. Məhz bu səbəbdən Qvineya millisinin hücumçusu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Kopenhagen"inə qarşı oyunlar üçün sifariş olunmayıb.

Rüdström Sumaya İsveç çempionatının XIX turunda - 9 avqustda keçiriləcək "Mölbü" ilə qarşılaşmaya qədər iş icazəsi verilməsini gözlədiklərini qeyd edib.

Klubun idman direktoru Daniel Andersson isə məsələ ilə bağlı əlavə məlumat verib: "Təəssüf ki, hökumət səviyyəsində bu kimi prosedurlar hazırda bir qədər yavaş irəliləyir. İş icazəsinin alınması 7-10 gün çəkə bilər. Bizim isə gözləməkdən başqa yolumuz yoxdur".

Qeyd edək ki, "Malmö" Salifu Sumanı "Zirə" klubundan 1.3 milyon avroya transfer edib. Hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

"Malmö" - "Kopenhagen" qarşılaşması bu gün "Malmö New Stadium"da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab görüşü isə avqustun 12-də Danimarkanın paytaxtında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
oxu.az

3Mənbələr