AZ

Makqreqor İrlandiyada prezident olmaq üçün bu yola əl atdı

İki çəki dərəcəsində UFC çempionu olan Konor Makqreqor İrlandiyada prezident seçkiləri ilə bağlı konstitusiyaya dəyişiklik edilməsini tələb edən petisiya başladıb.

Publika.az xəbər verir ki, o, bu təşəbbüsünü sosial şəbəkələr vasitəsilə elan edib.

Petisiyanın əsas məqsədi İrlandiyada mövcud seçki sistemini dəyişməkdir. Makqreqor hesab edir ki, bu sistem onun prezidentliyə namizəd kimi seçkilərdə iştirakını mümkünsüz edir. O, bir neçə aydır ki, siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirir və qarşısına yeni məqsəd qoyub - İrlandiyanın prezidenti olmaq. Sosial şəbəkələrdə başladığı kampaniyada Konor belə deyib: "Petisiyamı indi imzalayın ki, İrlandiyanı xilas edək!"

İrlandiya qanunvericiliyinə əsasən, prezidentliyə namizəd olmaq üçün 35 yaşdan yuxarı olmaq (Makqreqor 36 yaşındadır) və ən azı 20 parlament üzvünün və ya dörd bölgə şurasının dəstəyini qazanmaq tələb olunur. Makqreqor bu şərtləri yerinə yetirə bilmədiyi üçün konstitusiyanın dəyişdirilməsini tələb edir.

"Bu sistem, baxmayaraq ki, namizədlərə müəyyən siyasi təsir imkanları vermək üçün nəzərdə tutulub, əslində İrlandiya seçicilərinin birbaşa iradəsini məhdudlaşdırır. Buna görə də namizəd irəli sürmə prosesinin dəyişdirilməsini tələb edən petisiya təqdim edirəm ki, adım seçki bülletenində yer ala bilsin.

Seçilən
19
publika.az

1Mənbələr