AZ

50-ni aşırdın, 100-ə nə qaldı?!

Yay “transfer pəncərəsi”nin başa çatmasına 25 gündən çox vaxt qalsa da, artıq 50 legioner futbolçu transfer olunub. Bu isə bir çox klubun işini legionerlər üzərində qurması deməkdi.

“Şamaxı”, “İmişli”, “Karvan” kimi klublar istisna olmaqla, başqaları yerli futbolçudan maksimum dərəcədə qaçırlar.

Təsadüfi deyil ki, yavaş-yavaş futbolçular da legioner həyatı yaşamağa üstünlük verirlər. 50 böyük rəqəmdi. “Pəncərə bağlanana” qədər bu sayın 80-ə, hətta bəlkə 100-ə yüksəlməyəcəyinə heç kim təminat vermir. Legioner limitinin ləğvi klubların əl-qolunu açıb, bazarda əsas tendensiyaları müəyyənləşdirən amilə çevrilib.

Qeyd edək ki, Azərbaycan klubları ötən mövsüm 140 legionerin xidmətindən yararlanıb.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
1
football-plus.az

2Mənbələr