AZ

Litva Fələstin dövlətini TANIMAYACAQ

Yazını böyüt
Yazını kiçilt

Müstəqil Fələstin dövlətinin tanınması məsələsi Litva hakimiyyətinin gündəmində deyil.

Hafta.az xəbər verir ki, bunu Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Devidas Matulionis deyib. O, Litva tərəfinin mövqeyini bir daha xatırladaraq vurğulayıb ki, HƏMAS-ın 7 oktyabr 2023-cü hücumundan sonra İsrailin özünümüdafiə hüququ var.

Bununla belə, o söyləyib ki, İsrail də beynəlxalq qanunlara hörmət etməli və humanitar yardımın mülki əhalinin aclıqdan əziyyət çəkdiyi Qəzza zolağına çatmasına şərait yaratmalıdır.

Məlumat üçün əlavə edək ki, son günlər Fransa, İslandiya, İrlandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya, İspaniya kimi Avropa ölkələri Fələstin dövlətini tanımaq üçün çağırış ediblər. /LRT/

Seçilən
7
4
hafta.az

5Mənbələr