Avazada Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət Görüşünə hazırlıqla bağlı keçirilən tədbirdə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkmənistanın “Əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə” ordeni ilə təltif edilib.
Hafta.az-ın yazdığına görə, Türkmənistan prezidentinin müvafiq fərmanını türkmən xalqının ümummilli lideri, Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov oxuyub.
Sonra Şavkat Mirziyoyevə dövlət mükafatının təntənəli təqdimetmə mərasimi olub.
Özbəkistanın dövlət başçısı bu yüksək mükafata iki ölkə, eləcə də türkmən və özbək xalqları arasında ikitərəfli dostluq əlaqələrinin inkişafına, qardaşlıq və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə, habelə dövlət və ictimai fəaliyyəti ilə Türkmənistanın beynəlxalq nüfuzunun artırılmasına şəxsi töhfəsinə görə layiq görülüb.