Bundan əvvəl Bolsonarunun işinə baxan Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandr di Morais, 70 yaşlı keçmiş prezidentin çevriliş cəhdi məsələsində ona qarşı tətbiq edilən “profilaktik tədbirləri” pozduğuna qərar vermişdi. Hakimin qərarına əsasən, Bolsonaro xüsusilə də sosial şəbəkələrdən istifadə qadağasını pozub.
“Məhkəmə sistemi hamı üçün eynidir. Qabaqlayıcı tədbirlərə qəsdən məhəl qoymayan təqsirləndirilən şəxs qanuna uyğun olaraq cəzalandırılmalıdır”,- hakim di Morais deyib.
![]() |
Braziliya prezidenti Trampa məsləhət verdi| VİDEO |
Braziliyanın keçmiş prezidentinə münasibətdə dövlət çevrilişinə cəhd təşəbbüsü təhqiq edilir. Bolsonarodan başqa, daha 7 nəfər oxşar cinayətlərdə ittiham olunur. Bolsonaru və digərləri təqsirli bilinərsə, onları 40 ilə qədər həbs cəzası gözləyir.
70 yaşlı Bolsonaruya 2030-cu ilə qədər prezidentliyə namizədliyini irəli sürməsi qadağan edilib. Lakin hazırkı prezident Lula da Silvanın fəal tənqidçisi olan Bolsonaru 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün icazə almaq niyyətindədir.
Braizliyanın indiki hakimiyyətinə ciddi təzyiq göstərən ABŞ prezidenti Donald Tramp dəfələrlə Bolsonaroya dəstək ifadə edərək, ona qarşı məhkəmə prosesini dayandırmağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az