AZ

Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb

Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" Patrik Şikin müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada 29 yaşlı Çex millisinin futbolçusu Şiklə 5 illik yeni müqavilə imzalandığı açıqlanıb.

Şik Bayer Leverkuzen üçün 168 oyun keçirib və 81 qol vurub.

Fərid

MİA.AZ

Seçilən
83
1
mia.az

2Mənbələr