AZ

Türkiyə Somalidə 350 milyon dollarlıq kosmodrom tikir

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Afrika qitəsində ilk kosmodrom layihəsini işə salmağa hazırlaşır. Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbərliyi ilə Somalidə qurulacaq baza üçün tender prosesi başlayır. Hind okeanı sahilində 900 kvadratkilometr sahədə tikiləcək obyektin ümumi investisiya dəyərinin 350 milyon dollara çatacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, Türkiyə ilə Somali arasında 2024-cü ilin sonunda əldə edilən razılaşmadan sonra həyata keçiriləcək layihə üçün infrastruktur işlərinin hazırlıqları tamamlanıb. Tenderdən sonra bazanın tikintisinə rəsmən başlanacaq və layihənin təxminən iki ilə başa çatdırılması nəzərdə tutulur.

Türkiyə qəzetinin məlumatına görə, Somali prezidenti Həsən Şeyx Mohamud tərəfindən açıqlanan sərmayə təkcə raket atma mərkəzi deyil, həm də Türkiyənin müdafiə sənayesi üçün kritik sınaq meydançası olacaq.

Afrika qitəsində ilk olan Somali Kosmos limanı Türkiyənin kosmos layihələrinə yeni sürət verəcək. TUA-nın kosmosa çıxış imkanlarını artırmaqla yanaşı, o, həm də uzun mənzilli raket sistemlərinin sınaqdan keçirilməsi üçün mühüm platforma təmin edəcək. Bu strateji baza, coğrafi mövqeyi sayəsində buraxılış bucaqları və sınaq təhlükəsizliyi baxımından üstünlüklər təmin etməklə yanaşı, Türkiyənin regional gücünü gücləndirəcək bir infrastruktur sərmayəsi kimi diqqət çəkir.

Seçilən
12
hafta.az

1Mənbələr