Aktual.az xəbər verir ki, sosial mediada edilən paylaşımlarda onun vəzifəsindən azad edilmə səbəbi son günlərdə genderəsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları ilə rezonans doğurması göstərilib.
Sözügedən çıxışlar ictimai müzakirələrə və qınağa səbəb olduğu üçün "Baker Tilly International"ın baş icraçı direktoru Françeska Lagerberq məsələdən xəbərdar olduqlarını və bir də bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını və "Baker Tilly Azerbaijan" şirkəti ilə daimi əlaqədə olduqlarını bildirib.
Bu gün sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda Fərhad Pərvizinin məhz genderəsaslı ayrı-seçkiliyə yol verən çıxışlarından sonra kütləvi şikayətlər əsasında vəzifəsindən azad edildiyi bildirilib.
Fərhad Pərvizi əlaqə saxlanılıb və o işdən çıxarılması ilə bağlı yayılan iddiaları nə təkzib, nə də təsdiq edib:
"Bu məsələ ilə bağlı "Baker Tilly" komandası ilə əlaqə saxlayın. Mən bu məsələni şərh edə bilmirəm, səlahiyyətim yoxdur".