AZ

Azər Bağırov: İntizamlı və sona qədər mübarizə aparan kollektivdir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Əlbəttə, "Qarabağ" "Şkendiya" səddini keçə bilər. Son günlərdə edilən transferlər, "Şelburn"la oyun onu göstərdi ki, "Qarabağ" hələ tam gücünü göstərməyib". Bu sözləri Sport24.az-a açıqlamasında Azər Bağırov deyib.Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı ilə bağlı gözləntilərini açıqlayıb:"Şkendiya"nı çox kiçiltmək olmaz. Rumıniya təmsilçisi ilə hər iki görüş göstərdi ki, motivasiyaları yüksədir. . Ümid edirəm ki, təmsilçimiz daha yaxşı oynayıb, yaratdığı qol imkanlarından maksimum istifadə edib, ilk görüşdən sərfəli nəticə ilə ayrılacaq".Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda reallaşacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
sport24.az

1Mənbələr