Aktual.az xəbər verir ki, bu barədə Oxu.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, AZAL hər gün Bakıdan Tiflisə beş reys həyata keçirsə də, yay mövsümündə artan tələbat səbəbi ilə biletlər, adətən, uçuşdan bir neçə həftə əvvəl tamamilə satılır:
"Buna görə də biz sərnişinlərə səyahətlərini öncədən planlaşdırmağı və biletləri mümkün qədər erkən almağı tövsiyə edirik. Bu cür yanaşma həm daha münasib qiymətə bilet əldə etməyə, həm də yalnız bahalı siniflərin qaldığı hallardan yayınmağa kömək edir.
Əlavə edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq Azərbaycan Hava Yolları aviaşirkəti texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq.