AZ

Polşanın müvəqqəti işlər vəkili Belarus XİN-nə çağırılıb

Polşanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb

Diplomatdan 9–10 avqust tarixlərində Varşavada Belarus əleyhinə keçiriləcək kütləvi etiraz aksiyasının yolverilməzliyi ilə bağlı xəbərdarlığın Polşaya çatdırılması tələb edilib.

Bununla əlaqədar olaraq Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota verilib.

 

 

Seçilən
113
31
operativmedia.az

7Mənbələr