ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəki, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə respublikamızda “Uşaq İncəsənət Festivalı – 2025”in II seçim mərhələsi başlayıb. Avqustun 4-də Şəki-Zaqatala bölgəsində də festivalın ikinci mərhələsi üzrə seçimlərə start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsul nümayəndəsi Vüsal Həsənov məlumat verib.
Bildirilib ki, Şəki-Zaqatala bölgəsi üzrə festivalın ikinci seçim mərhələsi Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub. Seçimlərdə festivalın birinci turunda uğur qazanan uşaqlar iştirak edirlər. Seçim turunun ilk günündə uşaqlar milli və müasir rəqslər nominasiyaları üzrə öz istedadlarını nümayiş etdiriblər.
Uşaqların ifaçılıq bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Ümumiyyətlə, Şəki-Zaqatala bölgəsi üzrə festivalın II mərhələsinin seçim turları avqustun 21-dək davam edəcək. İştirakçılar 22 nominasiya üzrə ifaçılıq bacarıqlarını nümayiş etdirəcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.