AZ

Tələbələr bu hallarda TƏHSİLLƏRİNİ DONDURACAQLAR

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda tələbələr bəzi zəruri hallarda  sağlamlıq problemi, hərbi xidmət, ailə və ya sosial çətinliklər səbəbilə təhsillərini müvəqqəti olaraq dondura bilirlər. Bu hüquq onların təhsil hüququnu qorumağa və sonradan davam etdirməyə imkan yaradır. Nə zaman və nə qədər müddətə təhsilin dondurula biləcəyi isə müvafiq qaydalarla tənzimlənir.

Hafta.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ali təhsil müəssisələrində təhsil alan tələbələrə təhsillərini dondurmaq üçün maksimum 2 il müddətinə akademik məzuniyyət verilməsi mümkündür.

Bu, yalnız müəyyən hallarda və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;

5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;

5.1.3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);

5.1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;

5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;

5.1.6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.

Seçilən
9
11
hafta.az

10Mənbələr