"Qalatasaray" PSJ-nin qapıçısı Matvey Safonovun transferi ilə bağlı danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Süleyman Rodop məlumat yayıb.
PSJ rəhbərliyinin rusiyalı qapıçını "Qalatasaray"a təklif etdiyi bildirilir. İstanbul klubu isə yalnız "Mançester Siti"nin qolkiperi Ederson və ya digər dünya səviyyəli "əlcək sahibləri" ilə müqavilə imzalaya bilmədiyi üçün Safonov variantını nəzərdən keçirdiyi qeyd olunub.
İyul ayının sonunda "Qalatasaray"ın PSJ-yə digər qapıçısı Canluici Donnarummanın transferi ilə bağlı rəsmi təklif göndərdiyi də qeyd olunub.