ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" braziliyalı futzalçı transfer edib. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisi Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik müqavilə imzalayıb.
25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın "Jetısu" klubunda keçirib.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın "Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın "Ljuti" komandaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.