"Liverpul"un yeni transferi Florian Virts karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ulduz yarımmüdafiəçi "Madrid Zone"-nin sualını belə cavablandırıb:
"İndiyə qədər oynadığım ən yaxşı oyunçu? Şübhəsiz ki, Toni Kroos. O, əfsanəvi yarımmüdafiəçidir".
22 yaşlı alman futbolçu İngiltərə nəhənginə bu ilin iyulunda "Bayer Leverkuzen"dən keçib. Onun Toni Kroosla yolları Almaniya millisində kəsişib.
Kroos 2024-cü ilin yayında butslarını divardan asıb. Keçmiş yarımmüdafiəçi karyerasının son on ilini "Real Madrid"də keçirib.
Florian Virts 2021-ci ildə debüt etdiyi Almaniya millisində indiyə qədər 31 oyun keçirib.
Mirağa