Bir müddət əvvəl adı “Beşiktaş”la hallanan “Ayntraxt”ın futbolçusu Tutanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi “Əl Duhail”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Daha əvvəl “Beşiktaş” Tutanı heyətinə qatmaq istəsə də, oyunçu və klubla anlaşa bilməmişdi.