Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 314 880 000 milyon zərərli keçid blok edilib.
Bu barədə “APA-Economics” Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 15 846 700, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 62 667 zərərverici tərkibli elektron sənəd blok edilib.