AZ

Kişi evində öldürüldü - Arvadı tutuldu

Yazını böyüt
Yazını kiçilt

Bakıda 46 yaşlı kişi qətlə yetirilib.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
4
hafta.az

7Mənbələr