AZ

Neymar gördüyü ən güclü yarımmüdafiəçinin adını açıqladı

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Santos"un ulduzu Neymar futbol tarixinin ən yaxşı yarımmüdafiəçisinin adını çəkib. Sport24.az xəbər verir ki, o, bu barədə "Give me Sport"a açıqlama verib.

Braziliyalı "Barselona"nın əfsanəsi Andres İnyestanı xüsusi qeyd edib: "Andres İnyesta indiyə qədər gördüyüm ən yaxşı yarımmüdafiəçidir. O, inanılmaz keyfiyyətlərə malik idi. O, yaxşı oğlandır, əfsanədir. Ona "Qızıl top" belə lazım deyil.

O, hər kəsdən fərqli olduğu üçün müqayisə olunmazdır. İnyesta zərif və inanılmaz keyfiyyətli oyunu ilə seçilib".  

Qeyd edək ki, İnyesta karyerasını ötən ilin oktyabrında bitirib. Onun son klubu BƏƏ təmsilçisi "Emirates" olub. İspan futbolçu "Barselona"nın yetirməsidir və 22 il Ktaloniya klubunun formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
sport24.az

1Mənbələr