AZ

Ermənistan Prezidenti ilə İranın vitse-prezidenti regional vəziyyəti müzakirə ediblər

Türkmənistanda işgüzar səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İranın vitse-prezidenti Məhəmməd Rza Aref ilə görüşüb. 

Missiya.Az "NEWSam"a istinadən xəbər verir ki, görüş BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı çərçivəsində baş tutub.

Söhbət zamanı iqtisadiyyat, enerji, infrastruktur, yüksək texnologiyalar və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib. 

Tərəflər, həmçinin ümumi regional vəziyyət və baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb, bütün region üçün sabitlik və inkişafın əsası kimi mehriban qonşuluq, qarşılıqlı hörmət və dinc yanaşı yaşama prinsiplərinin möhkəmləndirilməsini vurğulayıblar.

V.Xaçaturyan öz növbəsində İran şirkətinin "Şimal-Cənub" yol dəhlizinin Meğri-Qacaran hissəsinin tikintisində iştirakını da yüksək qiymətləndirib.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr