AZ

İlk 6 ayda diplomu tanınmayan şəxslərin sayı açıqlandı

Bu ilin ilk 6 ayı ərzində diplom təsdiqi üçün 2755 müraciət qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin müraciətçilərin 2357-si barədə müsbət qərar verilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib.

"İlk 6 ayda 398 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarla yekunlaşan müraciətlər Türkiyə Respublikası, Rusiya Federasiyası, Ukraynanın payına düşür", - deyə məlumatda qeyd edilib.

Seçilən
15
4
day.az

5Mənbələr