Bakı. Trend:
İstanbul və Antalya mərkəzli olmaqla, 81 vilayətdə“saxta/qanunsuz spirtli içki istehsalçılarına” qarşı jandarmatərəfindən son 2 həftədə müxtəlif əməliyyatlar keçirilib.Əməliyyatlar zamanı 33 min 554 litr saxta/qanunsuz alkoqol və 29min 63 litr etil spirt müsadirə olunub.
Trend xəbər verirki, bu barədə Türkiyə DİN rəhbəri Ali Yerlikaya öz “X” səhifəsindəməlumat paylaşıb.
Qanunsuz spirtli içki istehsalı ilə məşğul olan müəssisələrəqarşı aparılan tədbirlər nəticəsində 121 şübhəli saxlanılıb.
“Saxta alkoqol istehsalı təkcə bir cinayət deyil; cəmiyyətsağlamlığını təhdid edən ölümcül bir tələdir. Bu məhsulları bazaraçıxaranlar həm vətəndaşlarımızın həyatını, həm də sağlamlığını heçəsayırlar. Şübhəli halları bizə bildirin, biz də lazımi tədbirlərigörək”, - deyə Yerlikaya qeyd edib.