Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanında kül püskürməsi qeydə alınıb, hündürlük 6 km təşkil edib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatında deyilir.
"Partlayışlar Kraşeninnikov vulkanının külünü dəniz səviyyəsindən 6 km yüksəkliyə qaldırıb", - məlumatda qeyd olunub.
Avrasiyanın ən hündür fəaliyyətdə olan vulkanı da (Klyuçevskaya sopka), avqustun 5-də 8 km hündürlüyə kül püskürdüb.