AZ

"Araz-Naxçıvan" braziliyalı futzalçı transfer etdi

Çempionlar Liqasında oynayacaq “Araz-Naxçıvan” heyətini gücləndirib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar" Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.

Xatırladaq ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Komanda avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Seçilən
16
10
football-plus.az

10Mənbələr