AZ

Əli Əsədov İrakli Kobaxidze ilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını müzakirə edib (FOTO)

Bakı. Trend:

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan AzərbaycanRespublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Başnazirİ İrakli Kobaxidze ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Ə.Əsədov AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin salamlarını GürcüstanınBaş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görəminnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlətbaşçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlifsahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlıfaydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya,nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdəgenişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Əli
Əli
Seçilən
8
34
az.trend.az

10Mənbələr