ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə dünya iqtisadiyyatının artım proqnozunu 3 faiz, 2026-cı ildə isə 3,1 faiz səviyyəsinə yüksəldib ki, bu da qurumun 3 ay əvvəlki qlobal qiymətləndirməsindən müvafiq olaraq 0,2 və 0,1 faiz bənd çoxdur. Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatında qeyd olunur ki, proqnozun yüksəldilməsi rüsumların artırılması gözləntisi fonunda iqtisadi aktivliyin daha erkən dövrə keçməsi, bir sıra aparıcı iqtisadiyyatlarda baş verən büdcə stimullaşdırılması ilə əlaqədardır. BVF-nin qlobal inflyasiya ilə bağlı proqnozu da aprel hesabatına nisbətən qənaətbəxşdir. Belə ki, 2025-ci ildə istehlak qiymətləri indeksi 4,2 faiz, 2026-cı ildə isə 3,6 faiz ehtimal olunur. Dəyərləndirmələrə görə, ABŞ-d? inflyasiya hədəf səviyyəsindən yüksək olaraq qalacaq, digər böyük iqtisadiyyatlarda isə daha mülayim olacaq.
Qlobal inflyasiya azalacaq
Fondun analitiklərinin qənaətinə görə, 2025-c? ilin birinci yarımilliyində Rusiya ilə Ukrayna arasında və Yaxın Şərq regionunda münaqişənin davam etməsi fonunda geosiyasi gərginliklərə və geoiqtisadi fraqmentasiyaya baxmayaraq, qlobal iqtisadiyyatda stabilləşmə müşahidə edilib. Avrozonada və əksər inkişaf etmiş regionlarda iqtisadi artım templəri yavaşısa da inflyasiya təhdidi artmayıb, dünyanın aparıcı ölkələrində qiymət indeksi gözləniləndən daha aşağı hədlərdə olub.
BVF-nin hesabatına əsasən, qlobal inflyasiya cari ildə 5 faiz səviyyəsində gözlənilir ki, bu DB-nin proqnozundan 2 faizdən də çoxdur. Ancaq növbəti ildə inflyasiyanın 1 faiz azalaraq 4 faizə, 2026-cı ildə isə 3,5-4 faizə enəcəyi proqnozlaşdırılır. Hesabata əsasən, xidmət sektorundakı qiymətlərin sürətli artımı, habelə əmtəə qiymətlərindəki azalma tempinin nisbətən səngiməsi qlobal inflyasiyanın azalma sürətini zəiflədir.
Sözsüz ki, qlobal miqyasda baş verən proseslərin, ələ?x?sus da mal və əmtəələrin ucuzlaşmasının Azərbaycanda da ciddi təsirləri mümkündür. Ölkəmizdə inflyasiya səbətində qlobal faktor əsas paya malikdir, inflyasiya səviyyəsi daha çox idxaldan formalaşır. Belə ki, ölkəmizdə inflyasiyanın təxminən 30 faizi yerli istehsal və daxili tələbdən, qalan 70 faizi isə idxaldan yaranır. Bu o deməkdir ki, hazırda qeydə alınmış 1,3 faizlik inflyasiyanın təxminən 0,8 faizi idxala bağlıdır. Bunun da əsas başlıca səbəbi müxtəlif əmtəələrin, xüsusilə də ərzaq mallarının, xüsusilə də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının xaricdən gətirilməsidir.
Azərbaycanda da inflyasiya azalmağa doğru gedəcək
Beləliklə, qlobal bazarlarda əmtəələrin ucuzlaşması dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edəcək və inflyasiyanın azalması gözləniləndir. Beynəlxalq iqtisadi institutların proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 3,9 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarına görə, ölkəmizdə istehlak qiyməti indeksi 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcək. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2025-2027-ci illərdə isə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.
Azərbaycan hökumətinin ssenarisinə əsasən, inflyasiya 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz, 2027-ci ildə 3,8 faiz çərçivəsində müəyyənləşib. Bütün bunlara rəğmən, hökumət 2025-ci ildə inflyasiyanı qlobal bazar amilləri ilə yanaşı, yenə də monetar alətlərlə nizamlamaq, mübarizə tədbirlərini gələn ildə də prioritet kimi diqqətdə saxlayacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumları bu prosesə cəlb edəcək.
BVF-nin ölkəmizlə bağlı iqtisadi artım proqnozları da ümidvericidir
Valyuta Fondunun proqnozlarına görə, Azərbaycanda iqtisadi artımın yüksələcəyi gözlənilir. Belə ki, 2025-ci il üzrə iqtisadi artımın 2,5 faiz, 2026-cı ildə isə 2,6 faiz təşkil edəcəyi ehtimal olunur. Artımın əsas mənbəyi kimi qeyri-neft sahələrindən əldə edilən əlavə dəyərlər əsas hesab olunur. Hazırda qeyri-neft sektorundakı artımın 6-7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir.
BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 78-80 faizə çatacaq.
Qeyd edək ki, BVF-nin iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.
Ümumilikdə, 2028-ci ildə ÜDM-in 150,8 milyard manata (təxminən 89 milyard dollar), o cümlədən qeyri-neft ÜDM-in həcminin 117,2 milyard manata qədər artacağı gözlənilir.
E.CƏFƏRLİ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.