AZ

Qırğızıstanın büdcəsi ilk dəfə 1 trilyon somu keçəcək

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın 2025-ci ildə icmal büdcəsi ilk dəfə 1 trilyon somdan yuxarı həddə çata bilər.

Hafta.az-ın yazdığına görə, bu barədə Qırğızıstan Prezident Administrasiyasında keçirilən müşavirədə məlumat verilib.

Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev bildirib ki, əvvəllər trilyon somluq büdcəyə nail olmaq planı iki il üçün hesablanıb, indiki sürət 2025-ci ildə bu məqsədə çatmaq imkanından xəbər verir.

"Dövlət Vergi Xidməti və Gömrük Xidməti yeddi aylıq planı artıqlaması ilə yerinə yetirib. Dövlət büdcəsinin gəlirləri 357,8 milyard som olub ki, bu da nəzərdə tutulandan 33,1 milyard som çoxdur. Plan 110,2 faiz yerinə yetirilib. Vergi daxilolmalarının məbləği 159,5 milyard som təşkil edib, yəni 10,1 milyard som və ya 106,8 faiz artıqlaması ilə" deyən Nazirlər Kabinetinin sədri qeyd edib ki, gömrük daxilolmaları plandan 1,5 milyard som (102 faiz) artıqlaması ilə 75,7 milyard som təşkil edib.

Prezident Administrasiyasının İnformasiya Siyasəti şöbəsinin müdiri Dayirbek Orunbekov öz Facebook səhifəsində əlavə edib ki, ilkin olaraq 2025-ci il üçün 708,9 milyard som icmal büdcə təsdiq edilib. İlin birinci yarısının göstəriciləri plandan artıq olub. Bu ilin sonuna qədər büdcənin 1 trilyon 6 milyard 300 milyon soma çatacağı gözlənilir.

“2020-ci ildə büdcə 247,8 milyard som olub, 2025-ci ildə isə onun həcmi təxminən 5 dəfə artacaq. Bu, son dörd il ərzində aparılan sistemli işin nəticəsidir” deyən Orunbekov qeyd edib ki, prezident Sadır Japarov hakimiyyətə gəldikdən sonra səmərəli dövlət idarəçiliyinin qurulmasına, korrupsiyaya qarşı mübarizəyə, sərhəd məsələlərinin həllinə və müstəqillik illərində yığılmış xarici borcun böyük hissəsinin ödənilməsinə böyük diqqət yetirilib.

Seçilən
0
hafta.az

1Mənbələr