AZ

Körpəlikdən qocalığa qədər insanlarda ölüm TƏHLÜKƏSİ

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Plastik körpəlikdən qocalığa qədər insanlarda xəstəlik və ölümə səbəb olur. 

Həminin əhiyyə sektorunda ildə 1,5 trilyon dollardan çox iqtisadi itki yaradır.

“Cebheinfo.az” xəbər verir ki, bu, “The Lancet” tibb jurnalında dərc olunan məqalədə bildirilir. 

Məqalə avqustun 4-də - məqsədi dünyada plastik çirklənmə ilə mübarizə üzrə ilk sazişin bağlanması olan Cenevrədə beynəlxalq danışıqların başlamasına bir gün qalmış dərc edilib. Məqalə müəllifləri İsveçrəyə toplaşan 180-ə yaxın ölkədən nümayəndə heyətini sazişi imzalamağa razılıq verməyə çağırıblar.

Müəlliflərdən biri, Boston Kollecinin həkimi və tədqiqatçısı Filip Landriqanın sözlərinə görə, iqlim və plastik böhranlar bu gün on minlərlə insanda artıq xəstəlik, ölüm və əlilliyə səbəb olur: 

“Bu nəticələr yalnız qarşıdakı illərdə daha da güclənəcək, çünki planet istiləşməyə davam edir və plastik istehsalı artar".

Qlobal plastik istehsalı 1950-ci ildəki 2 milyon tondan 2022-ci ildə 475 milyon tona qədər artıb və 2060-cı ilə qədər üç dəfə arta bilər. İstehsal olunan bütün plastikin 10%-dən az hissəsi təkrar emal olunur.

Xəzər

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr