“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayev təyin olunub.
Şirkətin yeni Baş İcraçı Direktoru Ələkbər Abbaslı, Müşahidə Şurasının yeni üzvü isə Kamran Nəbizadə olub.
Mir Camal Paşayev uzun illər PAŞA Qrup strukturlarında rəhbər vəzifələrdə çalışıb və strateji idarəetmə sahəsində təcrübəyə malikdir.
Ələkbər Abbaslı əvvəllər STP-nin Müşahidə Şurasının üzvü olub, həmçinin SOCAR, Equinor, Ernst & Young və digər iri şirkətlərdə çalışıb.
Kamran Nəbizadə iqtisadiyyat üzrə fəlsəfə doktorudur, SOCAR və LUKOIL-də rəhbər vəzifələrdə olub, həmçinin 2015–2020-ci illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.
Yeni təyinatlar Müşahidə Şurasının keçmiş sədri Nəriman Sərdarlını və sabiq Baş İcraçı Direktor Hicran Valehovu əvəz edib.
Aytac