Demokrat.az Ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan “Təhsil almaq dəbdədir” adlı növbəti çıxışı zamanı deyib.
O, Ermənistan cəmiyyətində orduya münasibətə toxunub və qeyd edib ki, hərbi xidmətdən yayınanların sayı çoxdur.
“Hazırda Ermənistanda 13.500 axtarışda olan şəxs var ki, onlardan 12.500 nəfəri müddətli hərbi xidmətdən yayınmaq səbəbilə axtarışdadır. Mən səbəblər barədə danışmaq istəmirəm, bu, bu günün analizi deyil, bu barədə hökumət iclaslarında və siyasi müzakirələrdə danışacağıq”, - deyə Paşinyan əlavə edib.