AZ

Trampın “atəşkəs” üçün qoyduğu müddət yaxınlaşır – Stubb ABŞ prezidenti ilə danışdı

Finlandiyanın prezidenti Aleksander Stubb ABŞ prezidenti Donald Trampla “yaxşı və məhsuldar” telefon danışığı apardığını bildirib.

Danışıq zamanı tərəflər Ukraynadakı müharibə də daxil olmaqla bir sıra vacib məsələləri müzakirə ediblər.

Stubbun sözlərinə görə, söhbət zamanı Trampın əvvəlcədən müəyyən etdiyi atəşkəs tarixinin yaxınlaşması da gündəmə gəlib:
“Finlandiya dərhal atəşkəsə yönəlmiş bütün səyləri dəstəkləyir. Uzunmüddətli danışıqlar davamlı və ədalətli sülhlə nəticələnməlidir”, – deyə o, sosial şəbəkə X-də (əvvəlki Twitter) paylaşım edib.

Prezident Stubb əlavə edib ki, telefon danışığında buzqıranlar mövzusu da müzakirə olunub. Onun fikrincə, bu sahədə əməkdaşlıq müttəfiqlər arasında təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr