AZ

Türkiyə Suriyada üç hərbi baza yerləşdirəcək

Türkiyə Suriya ilə hərtərəfli müdafiə müqaviləsi imzalamağa hazırlaşır. 

Missiya.Az xəbər verir ki, bu barədə “Aydınlık” məlumat yayıb.

Bildirilib ki, planlara Suriya Ordusunun yenidən qurulması, onun müdafiə qabiliyyətinin artırılması, təlim və məsləhət dəstəyinin göstərilməsi daxildir. 

Məlumata görə, Suriyada üç türk bazasının yaradılması da gündəmdədir.

Razılaşma çərçivəsində Türkiyə hərbi bazalarının Palmiradakı T4 hərbi hava limanında, Humsdakı Tifor və Hələb çölündə Minnəqdə yerləşdiriləcəyi iddia edilir.

Suriyanın həbi dəstək istəyindən sonra iki ölkənin avqustun sonunda hərtərəfli təhlükəsizlik sazişləri imzalayacağı qeyd olunub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr