AZ

" Niderlandın aldığı Amerika silahları yaxın həftələrdə Ukraynaya çatdırılacaq" - ÖZƏL

ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Niderland tərəfindən yeni mexanizm çərçivəsində Ukrayna üçün alınan Amerika silahları yaxın həftələrdə çatdırılacaq. Olaylar.az xəbər verir ki, bu barədə diplomat "Reuters" agentliyinə açıqlamasında məlumat verib.
"Düşünürəm ki, silahların təhvili çox sürətli olacaq,  bəziləri üçün bu, hətta daha tez baş verə bilər", - deyə Uitaker qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton yaxın zamanda daha çox ölkənin bu yeni silah alqı-satqısı mexanizminə qoşulacağını gözləyir. "Niderland bu prosesə qoşulan ilk ölkə oldu. Yaxın günlərdə bu istiqamətdə bir sıra yeni açıqlamalar görəcəyik", - deyə ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans ölkəsinin Ukraynaya 500 milyon avro dəyərində "Patriot" raket sistemləri və onların komponentlərini daxil edən Amerika silahları paketini təqdim edən ilk NATO ölkəsi olduğunu açıqlamışdı.
Silah tədarükü 14 iyulda ABŞ prezidenti Donald Tramp və NATO baş katibi Mark Ruttenin istifadəyə verdiyi "Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı" (PURL) adlı yeni mexanizm çərçivəsində həyata keçirilir. Bu mexanizmə əsasən, NATO ölkələri Ukrayna üçün ABŞ-nin silah ehtiyatlarından prioritet qaydada silahlar alırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr