Rusiyanın Tətbiqi Geofizika İnstitutu (IPG) yeni güclü günəş alovunun baş verdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, avqustun 5-də Moskva vaxtı ilə saat 05:12-də 4168 (N04E03) günəş ləkələri qrupunda M1.2 sinifli alışma qeydə alınıb. TASS-ın məlumatına görə, bu hadisə rentgen diapazonunda baş verib və təxminən 30 dəqiqə davam edib.
Qeyd edək ki, daha əvvəl səhiyyə eksperti, ümumi praktikant Roman Fişkin maqnit qasırğaları zamanı fiziki fəaliyyətdən çəkinməyi və səhhətində problem olan şəxslərin ehtiyatlı davranmasını tövsiyə edib.
DOĞRU.AZ