AZ

“Lion” yeni transferini açıqladı

Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi Çexiyanın “Viktoriya Plzen” klubunda çıxış edən Pavel Şulçun transferini rəsmən elan edib. Müqavilənin məbləği 7,5 milyon avro təşkil edir. Bundan əlavə, razılaşmada 2,5 milyon avroluq bonus şərti də yer alıb.

23 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Çexiya çempionatında 35 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb və liqanın ikinci ən yaxşı bombardiri olub.

Seçilən
96
1
idmanxeber.az

2Mənbələr