AZ

Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb

Bakı-Quba yolunun Sumqayıt istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb. SİA-nın məlumatına görə, 1953-cü il təvəllüdlü Bəxtiyar Tağı oğlu Səmədov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, o, hadisədən 9 gün sonra - avqustun 5-nə keçən gecə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
6
sia.az

7Mənbələr