AZ

"Milan" azarkeşləri Modriçi belə qarşıladılar

"Milan" azarkeşləri klubun yeni transferi Luka Modriçi isti qarşılayıblar.

Publika.az xəbər verir ki, minlərlə fanat Milanın mərkəzinə toplaşaraq 39 yaşlı xorvatiyalı ulduzu "rossoneri" formasında görmək üçün bir araya gəlib. Modriç azarkeşlərə bir neçə forma hədiyyə edib və bəzilərinə avtoqraf verib.

Təcrübəli yarımmüdafiəçi İtaliya klubu ilə "1+1" sxemi üzrə müqavilə imzalayıb. "Milan"da o, vaxtilə "Tottenhem"də geyindiyi 14 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Modriç son 13 mövsümü "Real"da keçirib və 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.

Heybət

Seçilən
54
publika.az

1Mənbələr