İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu verdiyi açıqlamalarla gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, o, sosial media hesabında ABŞ-ı hədəf alan qalmaqallı ifadələr işlədib.
Yair Netanyahu bildirib ki, İsrail ABŞ tərəfindən idarə olunur və əlavə edib ki, İsrailin dövlət qurumları, təhlükəsizlik və məhkəmə sistemləri ABŞ səfirliyinin təlimatlarına uyğun fəaliyyət göstərir. Marqarita pizza
O, həmçinin qeyd edib ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyi İsrail siyasətinə birbaşa müdaxilə edir:
“İsrailin idarəedici orqanı ABŞ səfirliyidir. Təhlükəsizlik qurumları, hüquq-mühafizə və məhkəmə sistemi birbaşa onların tapşırıqları ilə hərəkət edir.”
Yair Netanyahu əvvəllər də mübahisəli çıxışları və paylaşımları ilə gündəmə gəlib. Onun bu son açıqlamaları İsrail cəmiyyətində və beynəlxalq aləmdə ciddi reaksiyalara səbəb olub.
Mütəxəssislər hesab edirlər ki, bu cür fikirlər İsrail və ABŞ arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.
Aytac Əliyeva
Telegram kanalımız