
Tesla şirkəti baş direktor İlon Maska 29,6 milyard dollar (2,3 trilyon rubl) məbləğində mükafatın verilməsini rəsmən təsdiqləyib. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim olunan sənədlərdə məlumat verilib. Bildirilir ki, mükafat 2019-cu il təşviq proqramı çərçivəsində 96 milyon məhdudlaşdırılmış səhm şəklində ödəniləcək.“2025-ci il avqustun 3-də şirkət 2019-cu il təşviq planı çərçivəsində İlon Maska 96 milyon məhdudlaşdırılmış səhm ayırmaq qərarına gəlib”, – deyə sənəddə qeyd olunur.Müvafiq səhm paketini almaq üçün Mask bir neçə il ərzində şirkətin rəhbərliyində qalmalıdır. Sənəddə vurğulanır ki, süni intellekt texnologiyaları sahəsində yaranan rəqabət fonunda Maskın Tesla-da saxlanılması həyati əhəmiyyət daşıyır.Bu qərar Maskın əvvəlki mükafat paketi ilə bağlı məhkəmə proseslərindən sonra qəbul olunub. Belə ki, 2024-cü ilin yanvarında Delaver məhkəməsi Tesla-nın 2018-ci ildə təsdiqlədiyi və şirkətin kapitallaşmasının 650 milyard dollara çatacağı təqdirdə Mask üçün 60 milyard dollar mükafat nəzərdə tutan planı ləğv etmişdi. Plan yenidən səhmdarlar tərəfindən təsdiqlənsə də, hələ də “hüquqi qeyri-müəyyənlik” şəraitindədir və məsələnin Delaverin Ali Məhkəməsində baxılması gözlənilir.Ulusum.az
Diqqət Çəkənlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi